yod çatışmazlığı xəstəliklərinin profilaktikası

Yod çatışmazlığı xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş tədbirlər

yod çatışmazlığı xəstəlikləri
yol çiyini
OBASTAN VİKİ
Anadangəlmə yod çatışmazlığı sindromu
Anadangəlmə yod çatışmazlığı sindromu — hamiləlik zamanı tez-tez qida ilə kifayət qədər yod qəbul edilməməsi nəticəsində yaranan, tiroid hormonunun çatışmazlığı (hipotireoz) nəticəsində doğuş zamanı yaranan fiziki və əqli inkişafın pozulması ilə müşahidə olunan xəstəlikdir. Bu, anadangəlmə hipotiroidizm adlanan və tarixən kretinizm (köhnəlmiş) olaraq adlandırılan, doğuş zamanı qeyri-aktiv tiroid funksiyasının səbəblərindən biridir. Müalicə edilməzsə, həm fiziki, həm də zehni inkişafın pozulması ilə nəticələnir. Simptomlara guatr, körpələrdə zəif boy artımı, böyüklərin boyunun azalması, dərinin qalınlaşması, saç tökülməsi, genişlənmiş dil, çıxıntılı qarın; uşaqlarda sümüklərin böyüməsinin gecikməsi ; və zehni geriləmə, nevroloji pozğunluqlar, ovulyasiyada problemlər, böyüklərdə sonsuzluq görülür. İnkişaf etmiş ölkələrdə yenidoğulmuşlarda qalxanabənzər vəzinin funksiyasının yoxlanılması təmin etmişdir ki, təsirlənənlərdə tiroid hormonu olan tiroksinlə müalicəyə dərhal başlanılır. Bu müayinə və müalicə faktiki olaraq xəstəliyin nəticələrini aradan qaldırıb. == Əlamətlər və simptomlar == Yod çatışmazlığı guatr adlanan qalxanabənzər vəzinin tədricən genişlənməsinə səbəb olur. Zəif boy artımı həyatın ilk ilində görünür. Müalicəsiz yetkin boy 100 to 160 santimetr (3 ft 3 düym to 5 ft 3 düym) arasında dəyişir şiddətindən, cinsindən və digər genetik faktorlardan asılı olaraq. Digər əlamətlərə dərinin qalınlaşması, saç tökülməsi, dilin böyüməsi və qarın çıxması daxildir.
Yod
Yod (I) — D. İ. Mendeleyevin elementlərin dövri sistemində 53-cü element. Yod (I) – 70 kq ağırlığında sağlam insanın orqanizmində təxminən 25 mq-dır. Bir gün ərzində qalxanabənzər vəzidən qana 100–300 mkq-a qədər hormonal yod keçir. İnsan qidasında yodun çatışmazlığı endemik ur (zob) xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Yod balıqda (5–8 mkq%), dəniz suyunda, feyxoada (390 mkq%), dəniz kələmində, balıq yağında vardır. Suyunda yod çatışmayan rayonların əhalisi üçün yodlaşdırılmış duz hazırlanır. 1 ton duza 25 q KJ əlavə edilir ki, həmin duz vasitəsilə insan sutkada 200 mkq yod qəbul edir. Sutkalıq tələbat insanın əməyindən və həyat tərzindən asılı olaraq 100–260 mkq-dır. Mikroelementlər yeyinti məhsullarında cüzi miqdarda vardır və bunların miqdarı mikroqram və ya qamma ilə göstərilir. Mikroelementlərin də orqanizm üçün çox böyük əhəmiyyəti vardır.
Aortal çatışmazlığı
Aortal çatışmazlıq (və ya aortal qaytarma, requrgitasiya) — qanın aortal qapaqdan axının əks istiqamətində aortadan sol mədəciyə sızması sonucunda əmələ gələn ürək qüsuru. Aortal çatışmazlıq qapaqlardakı və ya aortanın kökündəki (başlanğıcında) anormallıqlar nəticəsində meydana gələ bilər. == Etiologiya == Kəskin aortal çatışmazlığın (AÇ) səbəbləri aşağıdakılar ola bilər: infeksion endokardit aortal disseksiya. Xroniki AÇ-ğın səbəbləri bunlardır: ikitaylı aortal qapaq — anadangəlmə səbəblərdən biri. membranoz (konus-mədəcik) və ya konus-çəpər (qıfaoxşar mədəcik) tipli mədəciklərarası çəpərin qüsuru — ən yayqın anadangəlmə anomaliya aortal qapaq taylarının inkişaf pozuntusu və ya 2–3 tayın olmaması revmatik qızdırma infeksion endokardit miksomatoz degenerasiya aortal qapaqların və ya kökün degenerativ dəyişiklikləri qalxan aortanın anomaliyaları uzunsürən tənzimlənməyən qan təzyiqi Marfan sindromu idiopatik aortal genişlənmə sistik media nekrozu aortanın qocalıq ektaziyası, genişlənməsi sifilitik aortit revmatik xəstəliklər: kollagen damar xəstəlikləri, vaskulitlər (Takayasu arteriiti, nəhəng hüceyrəli arteriit), ankilozlaşan spondilit başqa spondiloartritlər Whipple xəstəliyi. == Əlamətləri == Aortal çatışmazlıq iki cür olur: kəskin AÇ — ağciyər ödemindən müalicə olunmayan ağır kəskin ürək çatışmazlığına və kardiogen şoka keçə bilər, yüksək ölümcüllüklə müşahidə olunur. Çox vaxt kəskin başlanan tövşümə və kəskin ürək çatışmazlığı simptomlarıyla başlayır. Əgər miokardın qan təchizatında və ya aortal disseksiya baş tutubsa, onda bu əlamətlərin üstünə döş qəfəsində ağrılar gəlir. xroniki AÇ uzun illər boyu gizli, simptomsuz keçə bilər. Tədricən təngnəfəslik, ortopnoe və gecə tövşüməsi ilə özünü göstərir.
Qida çatışmazlığı
Qida çatışmazlığı — qeyri-kafi qidalanma (natamam və ya qismən aclıq) nəticəsində yaranan bir sıra şərtləri əhatə edən ümumi termin. Uzun müddət davam edən qida çatışmazlığının əlamətləri zəiflik, arıqlıq, anemiya və tez-tez qarında şişkinlikdir. Qida çatışmazlığı adətən inkişaf etməkdə olan ölkələrdə yoxsulluqla əlaqələndirilir. Bununla belə, qida çatışmazlığı inkişaf etmiş ölkələrdə də müşahidə edilir və özünü artıq çəkidən əziyyət çəkən insanların faizinin artmasında göstərir. Ümumi aclıq çox vaxt distrofiyaya və kvaşiorkaya (qidada zülal çatışmazlığı fonunda ağır distrofiyanın bir növü) gətirib çıxarır.
Ürək çatışmazlığı
Ürək çatışmazlığı (lat. insufficientia cordis) — ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan təcili tibbi yardım olmadan klinik ölümlə nəticələnə bilən funksional pozğunluq. Bu hal kəskin və xroniki gedişli olmaqla, meydana çıxma səbəblərinə görə iki yerə bölünür: anadangəlmə ürək çatışmazlığı və qazanılmış ürək çatışmazlığı. Anadangəlmə ürək çatışmazlığı anadangəlmə ürək qüsurlarının nəticəsində meydana çıxır. Belə ki anadangəlmə qüsur dedikdə embrionun orqanların inkişaf mərhələsində hər hansı bir aqressor faktorun (bu dövürdə hamilə qadının keçirmiş olduğu infeksiyalar ya məruz qaldığı zərərli təsirlər (90%), eyni zamanda irsi meyillilik (10%), bununda 5%-ni qohum nikahlar təşkil edir) təsirindən bu və ya digər ürək strukturunda: əzələsində və arakəsmələrdə, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar nəzərdə tutulur. Bu qüsurlu strukturlar isə öz növbələrində funksiyalarının öhdəsindən gələ bilmədiklərindən ürək çatışmazlığını meydana çıxarmış olurlar. Fallo tetradası Açıq arterial axacaq Qulaqcıqlararası çəpərin qüsuru Mədəciklərarası çəpərin qüsuru Ebşteyn anomaliyası Qazanılmış ürək çatışmazlığı dedikdə isə sonradan bu və ya digər xəstəliklər (infarkt, tac damar çatışmazlığı, bakterial və virus mənşəyli endokarditlər, travmalar və s.) nəticəsində ürək strukturunda: əzələsində, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar ya zədələnmələr nəzərdə tutulur. Aorta qapağının daralması Aorta qapağının çatışmazlığı İkitaylı qapağın daralması İkitaylı qapağın çatışmazlığı Perikardit Taxikardiya Arterial hipertenziya İnfarkt Kardiogen şok Ürək çatışmazlığı arterial hypertoniyalar, ürək qüsurları, miokarditlər, tac damarların çatışmazlığı: koronarsklerozlar, koronarspazmalar, tac damarların tromb kütlələri ilə tıxanması və nahiyə qan təchizatının pozulması — miokard infraktı nəticəsində ürəyin daha doğrusu ürək əzələsinin gücə düşməsi və əldən düşməsi nəticəsində meydana çıxır. Bu zaman qan dövranı durğunluğu ürək əzələsini normal təchiz edə bilmir. Əsas nasos funksiyasına malik sol mədəcik çatışmazlığı öz növbəsində kiçik qan dövranında durğunluğa səbəb olur ki, bu da təngnəfəslik, sianozlarla-göyərmələrlə, köpüklü qanhayxırmalarla, ağciyər ödemi, qaraciyərin böyüməsi ilə müşahidə olunur.
Aortal qapaq çatışmazlığı
Aortal çatışmazlıq (və ya aortal qaytarma, requrgitasiya) — qanın aortal qapaqdan axının əks istiqamətində aortadan sol mədəciyə sızması sonucunda əmələ gələn ürək qüsuru. Aortal çatışmazlıq qapaqlardakı və ya aortanın kökündəki (başlanğıcında) anormallıqlar nəticəsində meydana gələ bilər. == Etiologiya == Kəskin aortal çatışmazlığın (AÇ) səbəbləri aşağıdakılar ola bilər: infeksion endokardit aortal disseksiya. Xroniki AÇ-ğın səbəbləri bunlardır: ikitaylı aortal qapaq — anadangəlmə səbəblərdən biri. membranoz (konus-mədəcik) və ya konus-çəpər (qıfaoxşar mədəcik) tipli mədəciklərarası çəpərin qüsuru — ən yayqın anadangəlmə anomaliya aortal qapaq taylarının inkişaf pozuntusu və ya 2–3 tayın olmaması revmatik qızdırma infeksion endokardit miksomatoz degenerasiya aortal qapaqların və ya kökün degenerativ dəyişiklikləri qalxan aortanın anomaliyaları uzunsürən tənzimlənməyən qan təzyiqi Marfan sindromu idiopatik aortal genişlənmə sistik media nekrozu aortanın qocalıq ektaziyası, genişlənməsi sifilitik aortit revmatik xəstəliklər: kollagen damar xəstəlikləri, vaskulitlər (Takayasu arteriiti, nəhəng hüceyrəli arteriit), ankilozlaşan spondilit başqa spondiloartritlər Whipple xəstəliyi. == Əlamətləri == Aortal çatışmazlıq iki cür olur: kəskin AÇ — ağciyər ödemindən müalicə olunmayan ağır kəskin ürək çatışmazlığına və kardiogen şoka keçə bilər, yüksək ölümcüllüklə müşahidə olunur. Çox vaxt kəskin başlanan tövşümə və kəskin ürək çatışmazlığı simptomlarıyla başlayır. Əgər miokardın qan təchizatında və ya aortal disseksiya baş tutubsa, onda bu əlamətlərin üstünə döş qəfəsində ağrılar gəlir. xroniki AÇ uzun illər boyu gizli, simptomsuz keçə bilər. Tədricən təngnəfəslik, ortopnoe və gecə tövşüməsi ilə özünü göstərir.
Kəskin böyrək çatışmazlığı
Kəskin böyrək çatışmazlığı — böyrək funksiyasının ani, saatlar və ya günlər ərzində əmələ gələn, geri dönəbilən pozğunluğu. Əvvəlki normal böyrək funksiyası bərpa oluna və ya kəskin böyrək çatışmazlığı fonunda xroniki böyrək çatışmazlığı meydana çıxa bilər. Normal böyrək funksiyasından sonra, artıq mövcud xroniki böyrək xəstəliyi fonunda və ya kəskin böyrək xəstəliyi çərçivəsində meydana çıxa bilər. == Klinik şəkli == Böyrək çatışmazlığı dedikdə renal bir fon xəstəliyin mövcudluğundan asılı olmadan yumaqcıq və ya kanalcıqların çatışmazlığı səbəbindən böyrəklərin yetərsiz fəaliyəti nəzərdə tutulur. Demək olar ki, hər zaman böyrəklər böyrək çatışmazlığı zamanı sağlamdır (böyək xəstəliyi olmadan böyrək çatışmazlığı). Bunun əksi böyrək çatışmazlığı olmayan böyrək xəstəliyindən ayırd edilməlidir. Əlavə olaraq kəskin böyrək zədələnməsi, kəskin böyrək xəstəliyi və xroniki böyrək xəstəliyi də ayırd edilir. Səbəblər zədələnmə yerinə uyğun olaraq prerenal, renal, postrenal olaraq təsnif edilir. Böyrəkdən qabaq (prerenal) zədələnmə səbəbləri ilk növbədə azalmış qan həcmi (hipovolemiya; qanamalar, maye əskikliyi və ya ürək çatışmazlığı zamanı) və ya çox aşağı qan təzyiqidir (kardiorenal sindrom, şok, hepatorenal sindrom). Prerenal zədələnmələr üçün ölçü vahid zamanda ürək tərəfindən vurulan qanın həcmidir (CO-cardiac output).
Mitral qapaq çatışmazlığı
Mitral qapaq çatışmazlığı və ya mitral çatışmazlıq — anadangəlmə və əsasən qazanılma ürək qüsuru olub, ikitaylı qapaqların iltihabi proseslərlə: revmatizma, sistemli qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, arteriit və s.-lərlə zədələnməsi ilə meydana çıxmış olur. Mitral çatışmazlıq qapaq həlqəsinin, qapaq qanadcıqlarının, qapaq vətər tellərinin və məməyəbənzər əzələnin hər hansı patoloji dəyişikliyə məruz qalmasından meydana çıxmış olur. Həlqə dilatasiyasına ürəyin sol mədəciyinin genişlənməsi, həlqə kirəcləşməsinə isə arterial hipertoniya, aorta daralması, şəkərli diabet, Marfan sindromu və s. səbəb ola bilir. Vətər tellərinin qırılmasına və ya cırılmasına infeksion endokardit, revmatik hərarət və travma səbəb ola bilər. Səbəblərinə görə mitral çatışmazlıq aşağıdakı kimi ola bilər: revmatik mitral çatışmazlığı — revmatizm nəticəsində qapaq qanadcıqları yeyilərək qısalır, sərtləşərək deformasiyaya uğrayır işemik mitral çatışmazlığı (bura daxildir postinfarkt) — ürək əzələlərinin qan təchizatının pozulması nəticəsində. Məməyəbənzər əzələlər tac damarların terminal şaxələri vasitəsilə qidalandığından xroniki ürəyin işemik xəstəliyi zamanı onda qan təchizatının pozulması nəticəsində baş verən dəyişiklər mitral çatışmazlığa gətirib çıxara bilir. nisbi mitral çatışmazlığı — sol mədəciyin böyüməsi və qapaq həlqəsinin genişlənmisi nəticəsində mitral prolaps sindromu zamanı mitral çatışmazlığı — Marfan sindromunun simptomu ola bilər. infeksion və ya qeyri-infeksion endokardit nəticəsində qapaqlar patoloji dəyişikliyə uğrayır İnkişafda olan ölkələrdə mitral qapaq qanadcıqlarının patoloji dəyişikləri (qapaq qanadcıqlarının yeyilməsi) revmatik mənşəli olur. İnkişaf etmiş ölkələrdə revmatizmə və revmatik mitral qüsuruna nadir rast gəlinir.
Xroniki böyrək çatışmazlığı
Xroniki böyrək çatışmazlığı (XBÇ)- böyrəklərin bir neçə ay və ya il müddət ərzində getdikcə öz funksiyasının itkisi nəticəsində yaranır. XBÇ beş mərhələlidir. Hər mərhələ — böyrəyin yumaqcığında süzülmənin getdikcə pozulmasını göstərir və qanda kreatinin səviyyəsi bu pozulmanın göstəricisidir. 1-ci mərhələ — Bir necə aşkar simptomu ilə boyrək funksiyasının yüngül formada pozulmasıdır. 5-ci mərhələ — Hemodializə və ya böyrək köçürülməsinə ehtiyac olunan xəstəliyin ən ağır forması. Bu mərhələ böyrək çatışmazlığın terminal stadiyası də adlanır. İlk olaraq heç bir nəzərə çarpan simptom olmur və yalniz qanda kreatinin və ya sidikdə zülalın artması ilə simtomlar tədricən özünü birüzə verir. Böyrəklərin funksiyası getdikcə pozulduqca: qan təzyiqi artır — bədəndə mayenin və vazoaktiv hormonların artımı nəticəsidir və bu hipertoniya və ürək durğunluq çatışmazlığ kimi xəstəliklərinin əmələ gəlməsinin təhlükəsinin artırır. Sidik cövhərin qanda yığılması azotemiyanın simptomlarının əmələ gəlməsinə səbəb olur (letarqiya, perikardit və ya ensefalopatiya və s.kimi.) Kalium qanda yığılmasın (hiperkalemiyanın) simptomları (halsızlıq başlayaraq — ürək aritmiyası kimi ciddi bir simptomlar) Eritropoetinin sintezi azalması, bunun nəticısi olaraq anemia əmələ gəlir. Hiperfosfatemiya — qanda fosfatın miqdarın artması.
Qazanılmış İmmun Çatışmazlığı Sindromu
QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu; ing. Acquired Immune Deficiency Syndrome) insanda HİV-infeksiyasının səbəb olduğu immunsisteminin zəifləməsi nəticəsində ortaya çıxan simptomların kombinasiyasını ifadə edir. Xəstələrdə həyatı təhdid edən opportunistik infeksiyalara və bədxassəli şişlərə səbəb olur. QİÇS 1 dekabr 1981-ci ildə müəyyən simptomlar toplusunun QİÇS olaraq müəyyənləşdirilməsindən sonra ABŞ Xəstəliklərin İdarə olunması və Müalicəsi Mərkəzləri (CDC) tərəfindən özlüyündə bir xəstəlik olaraq qəbul edildi. QİÇS-ə gətirib çıxara bilən HİV cinsi yolla keçən xəstəliklərə aiddir. BMT-nin HIV/AIDS üzrə Birgə Proqramına görə 2019-cu ildə dünya miqyasında 37,9 milyon HİV-pozitiv insan yaşayırdı. 2019-cu ildə 1,7 milyon yeni yoluxma halı qeydə alındı və 0,77 milyon insan HİV/QİÇS səbəbindən öldü. Epidemiya başlayandan bəri 35 milyon insan HİV-dən dünyasını dəyişib. HİV-ə yoluxanların nisbəti dünya miqyasında orta hesabla 15–49 yaşlı şəxslərin 0,8%-i civarındadır, bir sıra Afrika ölkələrində isə bu nisbət 25%-ə çatır. Qoruyucu peyvənd mövcud deyil.
Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu
Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (abbr. DÇHP, ing. attention deficit hyperactivity disorder, abbr. ADHD) — neyroinkişaf pozuntusu. == Simptomları == Diqqətsizlik, hiperaktivlik (yetkinlərdə isə istirahətsizlik), pozucu davranış və impulsivlik DÇHP-nın əsas simptomlarıdır. Uşaq böyüyəndə, bariz hiperaktvlik yox olan birinci simptomlardan ola bilər. Halbuki o, həmçinin daha az aşkar formalara da keçə bilər. Məsələn, DÇHP ilə yeniyetmələr qurdalana, ayaqnan taqqıltı edə bilər. Həmçinin, DÇHP ilə yeniyetmələr istirahətsiz, uzun zaman ərzində bir yerdə otura bacarmayan və sakit yox, enerjili fəaliyyətinə üstülük verən ola bilər. Hiperaktivlikdən başqa olan simptomlar daha uzun ömürlü ola bilər.